17 May, 2019
Qənirə Paşayeva: "Keşikçidağ Azərbaycana məxsusdur"

Bu gün Milli Məclisin plenar iclasında Keşikçidağ tarixi mədəniyyət abidəsi ilə bağlı müzakirə açılıb. Simsar.az xəbər verir ki, bu barədə danışan millət vəkili Qənirə Paşayeva Azərbaycanın Gürcüstanla münasibətlərə həmişə həssas yanaşdığını deyib. “Ancaq ərazi bütövlüyü daha əzizdir. Həmin abidə də hər zaman Azərbaycana məxsus olub, ərazimizdə yerləşib. İnsanlarımız da həmin abidəyə Keşikçidağ tarixi mədəniyyət abidəsi deməlidir, David Qareci kilsəsi deyil”, - deyə o əlavə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!