15 May, 2019
ABŞ bütün diplomatlarını təcili şəkildə İraqdan çıxarır

ABŞ bütün diplomatlarını təcili şəkildə İraqdan çıxarır. ABŞ Dövlət Departamenti İraqda təcili vəziyyətlə əlaqədar olmayan bütün məmurlara ölkəni tərk etmək əmri verib.

Əmr çərçivəsində Bağdaddakı səfirliyin, Ərbildəki konsulluğun viza işləri müvəqqəti olaraq təxirə salınıb. Qeyd edək ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İran dəstəkli qüvvələrdən gələ biləcək hücumlara dair kəşfiyyat məlumatı alıb. Buna görə də ABŞ-ın İraq və Suriyadakı mövqeləri fövqəladə vəziyyətə keçib. Məlumat üçün bildirək ki, ABŞ-ın əməkdaşlarının sayına və ərazisinə görə ən böyük səfirliyi Bağdadda yerləşir.(publika)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!