15 May, 2019
Sumqayıtda yol ortasında zibilxana - FOTO

Sumqayıtın 47-ci məhəlləsində yerləşən zibilxana sakinlərin narazılığına səbəb olub. Bununla bağlı məhəllə sakinləri məlumat veriblər. Onların sözlərinə görə, zibilxana piyada və avtomobil yolunun üzərində yerləşir: “Zibilxananın hazırkı yerindən uzaqlaşdırılması üçün Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Təmizlik Departamentinə müraciət etmişik. Müraciətimizə baxan yoxdur. Bu zibil qutusu həm avtomobillərin, həm də piyadaların hərəkətinə mane olur”.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!