15 May, 2019
Bakıda qısqanc kişidən dəhşətli əməl

Bakıda qısqanclıq zəminində bıçaqlanma baş verib. Hadisə mayın 13-də saat 15:45-də qeydı alınıb. Belə ki, Masallı rayon sakini 1986-cı il təvəllüdlü Teymur Bəyağa oğlu Ağayev qısqanclıq zəminində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi 1 ünvanın qarşısında Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Elşad Dünyamalı oğlu Hüseynova biri daxilə nüfuz etməklə ümumilikdə baş və kürək nahiyəsinə 5 bıçaq zərbəsi vurub. Nəticədə Elşad Hüseynov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanıb. Cinayəti törədən Teymur Ağayev qaçıb gizlənib. Teymur Ağayevin tutulması istiqamətində əməliyyata başlanıb.(BAKU.WS)


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!