14 May, 2019
Bakıda tələbələr arasında dava: ölən var

Bakıda tələbələr arasında dava ölümlə nəticələnib. Hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb. Əldə etdiyimiz məlumata görə, Q.Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.(ona)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!