14 May, 2019
Avtomobil tibb bacısını vuraraq öldürüb - BAKIDA

Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “28 May” metrostansiyası yaxınlığında “Mercedes” markalı taksi yolu keçmək istəyən, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızını vurub. Yaralı sürücü tərəfindən dərhal yaxınlıqdakı özəl klinikalardan birinə çatdırılıb. Xəstənin vəziyyəti ağır olduğundan o sonradan 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Nəzərova orada vəfat edib. Qeyd edək ki, F.Nəzərova Bakıdakı özəl klinikalardan birində tibb bacısı olub.(ona)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!