13 May, 2019
Kürdəmirdə yük maşını aşdı, qum ətrafa dağıldı

Kürdəmir rayonunda yol qəzası baş verib. Hadisə Ağsu-Kurdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  Belə ki, yüklə dolu "Shachman" markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə zamanı sürücü xəsarət almasa da, yük maşınına xeyli ziyan dəyib. Nəqliyyat vasitəsindəki qum yolun kənarına səpələnib. Faktla bağlı araşdırma aparılır.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!