13 May, 2019
Zelenski məhkəməyə çağırılıb

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski seçkiqabağı təşviqat kampaniyasının aparılması ilə bağlı məhdudiyyətlərin pozulması işi üzrə Kiyev Məhkəməsinə çağırılıb. Bu barədə UNIAN xəbər verir. Qeyd olunur ki, işə bu gün baxılacaq. Xatırladaq ki, seçki günü V.Zelenski jurnalistlərə öz bülletenini nümayiş etdirib və orada onun özünə səs verdiyi görünüb. Polisdən V.Zelenskinin hərəkətlərinin Ukrayna İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsi üzrə təsnifləşdirildiyi bildirilib.

İndi V.Zelenski sadə vətəndaşın aylıq minimum gəlirinin 30-50 misli məbləğində cərimələnə bilər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!