13 May, 2019
Yevlaxda 2 yaşlı uşaq xlor içib

Yevlaxda 2 yaşlı uşaq xlor içərək zəhərlənib. Hadisə Yuxarı Qarxun kəndində baş verib. 2017-ci il təvəllüdlü kənd sakini Məmmədova Əfruz Kamil qızı ehtiyatsızlıq nəticəsində xlor içib. Ağır vəziyyətdə olan körpə xəstəxanaya çatdırılıb.

Həkimlərin vaxtında müdaxiləsi nəticəsində Ə.Məmmədovanın vəziyyəti stabilləşib və o, təhlükəni geridə qoyub.(ona)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!