7 İyun, 2011
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin maaşları artırıldı

Vəzifə maaşının 50 faizi məbləğində aylıq vəzifə maaşlarına əlavə edilib

Nazirlər Kabineti Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin vəzifə maaşlarına əlavənin müəyyən edilməsi haqqında qərar verib. Simsar.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarda qeyd olunur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin maddi təminatının yaxşılaşdırılması məqsədi ilə xüsusi iş şəraitinə görə vəzifə maaşının 50 faizi məbləğində aylıq vəzifə maaşlarına əlavə müəyyən edilsin.
Maliyyə Nazirliyinə tapşırılsın ki, tələb olunan vəsaitlərin ödənilməsi üçün maliyyələşmə məsələlərini müvafiq qaydada həll etmək tapşırılır. Qərar bu gündən qüvvəyə minir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!