11 May, 2019
Mingəçevirdə çobanı ilan çalıb

Mingəçevirdə ilansancma hadisəsi qeydə alınıb. Şəhərin Vaqonlar adlanan ərazisindəki fərdi təsərrüfatda heyvanları otaran çoban, Kəlbəcər rayon sakini, 1989-ci il təvəllüdlü Abbasov Qaryağdı Kərəm oğlunu ilan çalıb. Dərhal xəstəxanaya çatdırılan çobana tibbi yardım göstərilib və ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda onun müalicəsi xəstəxana şəraitində davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!