10 May, 2019
Parlamentin növbəti iclasının GÜNDƏLİYİ

Milli  Məclisin növbəti plenar iclası mayın 17-də keçirilməsi nəzərdə tutulur. İclasın gündəliyinə 18 məsələ daxildir. Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. O bildirib ki, bir çox qanunlara dəyişiklik nəzərdə tutulub.

“Standartlaşdırma haqqında” qanun layihəsi  3-cü oxunuşdadır. Mülki Məcəllədə dəyişikliklər edilməsi də 3-cü oxunuşdadır. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi, “Telekomnukasiya haqqında” qanuna dəyişiklik, “Yeyinti məhsulları haqqında” və “Baytarlıq haqqında”, “Toxumçuluq haqqında”,  “Əhalinin radiasiya təhlükəsizliyi” haqqında, “Torpaq icarəsi haqqında” və “Qeyri-dövlət müəssisə fəaliyyəti haqqında” qanunlara dəyişiklik nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsi, “Hesablama Palatası” haqqında qanuna dəyişiklik, “Mərkəzi Bank haqqında”, “Təhsil haqqında” qanunlara dəyişiklik nəzərdə tutulur”(modern)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!