10 May, 2019
Gecə bu küçələrdə rənglənmə işləri aparılacaq

Bakı şəhəri, 28 may və Aleksandr Puşkin küçələrində saat 22:00-dan səhər saatlarına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Simsar.az - a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!