9 May, 2019
Arif Məlikov I Fəxri xiyabanda dəfn ediləcək

Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov I Fəxri xiyabanda dəfn ediləcək. Bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.

O bildirib ki, hazırda dəfn mərasimi ilə bağlı hazırlıq işləri görülür: "Mərhum Arif Məlikovla bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra mərhum bəstəkar dəfn olunacaq".

Qeyd edək ki, Arif Məlikov 85 yaşında dünyasını dəyiişib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!