9 May, 2019
Qubada usta öz maşınında yanıb

Quba rayonunda xəsarətlə nəticələnən yanğın qeydə alınıb.ONA-nın məlumatına görə, rayonun Vəlvələ kəndində avtomobil təmiri sexində yanğın baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Siracəddin Şaiq oğlu öz avtomobilini təmir edərkən nəqliyyat vasitəsində yanğın başlayıb. Müxtəlif yanıq xəsarətləri alan S.Məmmədov Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!