8 May, 2019
Gecə bu küçələrdə rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Məhəmməd Füzuli və Şəmsi Bədəlbəyli küçələrində saat 22:00-dan səhər saatlarına kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Simsar.az - a verilən məlumata görə, sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!