8 May, 2019
Kabilin mərkəzində güclü partlayış olub

Əfqanıstanın paytaxtı Kabilin mərkəzində güclü partlayış baş verib. Bu barədə "ToloNews" telekanalı xəbər verir. Telekanalın məlumatına görə, partlayış Şəhrinav rayonunda baş verib. Qeyd olunur ki, partlayışdan sonra Baş Prokurorluq binası yaxınlığından atəş səsləri eşidilir. Hələlik ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!