8 May, 2019
Bu marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda gedən təmirlə bağlı 596 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, Xocahəsən yolunda gedən təmir işləri ilə əlaqədar olaraq 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqaməti dəyişdirilib: "596 saylı marşrut xətti üzrə avtobuslar Qaradağ rayonunun Lökbatan-Xocahəsən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığındakı Meyvəli bazarından alternativ Yeni Yasamal yolu ilə Biləcəri dairəsi üzrə hərəkət edərək yollarına davam edirlər. Bir neçə gün davam edəcək təmir işlərinin yekununda həmin istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti üçün daha əlverişli şərait təmin ediləcək".(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!