8 May, 2019
“Salaam Cinema Baku”nun yerləşdiyi bina nəzarətə götürülüb"

“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarixi əhəmiyyəti, memarlıq baxımından “Salaam Cinema Baku” adlı kinoteatrın yerləşdiyi binanı nəzarətə götürüb”. Bunu Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

O əlavə edib ki, “Malakanların evi” kimi tanınan bina özəl mülkiyyətdir: “Orada “Salaam Cinema Baku” adlı kinoteatrı fəaliyyət göstərirmiş. Mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün onları binadan çıxarıb oranı təmir etmək istəyirdi. Həmin bina tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Yəqin ki, binada hər hansı söküntü işləri getməyəcək. Tarixi abidələr siyahısına salınsa, bina dövlət tərəfindən qorunacaq”.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!