8 May, 2019
Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək - AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək. Yarımfinal mərhələsinin digər cavab matçında "Ayaxs" Hollandiyada İngiltərənin "Tottenhem" kollektivini qəbul edəcək.

İlk matçda rəqibinə 0:1 hesabı ilə uduzan London təmsilçisi məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Amsterdam klubuna final üçün istənilən heç-heçə sərf edəcək. "Tottenhem" isə ən azı iki top fərqi ilə qələbə qazanmalıdır. Qonaqların 1:0 hesablı qələbəsi qarşılaşmanı əlavə vaxta aparacaq.

Hər iki komandanın heyətində cəzalı oyunçu olmasa da, zədəlilər var. Meydan sahiblərində Karel Eytinq və Hassan Bandenin matçı buraxacağı dəqiqdir. London klubu isə Harri Vink, Erik Lamela və Harri Keynin xidmətindən yararlana bilməyəcək. Yan Vertongen və Serj Oryenin durumuna isə oyun vaxtı aydınlıq gələcək.

"Ayaks" qrup mərhələsindən sonra ardıcıl olaraq İspaniya "Real Madrid"ini və İtaliya "Yuventus"unu mübarizədən kənarlaşdırıb. "Tottenhem" isə Almaniyanın "Borussiya" və ölkəsinin digər komandası "Mançester Siti"dən güclü olub.

Qeyd edək ki, bu qarşılaşmanın qalibi finalda "Liverpul"la qarşılaşacaq.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

8 may

23:00. "Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə)

Baş hakim: Feliks Brıx (Almaniya)

Amsterdam. "Yohan Kroyf Arena"(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!