8 May, 2019
Prezident Qurban İsmayılova mənzil hədiyyə etdi

Prezident İlham Əliyev xalq artisti Qurban İsmayılova ev hədiyyə edib. Bu barədə aktyor özünün video-müraciətində deyib.

O, mənzillə bağlı dövlət başçısına ərizə ilə müraciət etdiyini bildirib: “Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Buna görə mən cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ölkəmizin və xalqımızın rifahı naminə gördüyü işlərdə ona uğurlar arzu edirəm”. Qeyd edək ki, Q.İsmayılov bundan öncə “Kristal Abşeron”da kreditdə olan birotaqlı mənzildə yaşadığını qeyd edib.(kult.az)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!