7 May, 2019
“Salaam Cinema Baku” məhkəməyə verilib

“Bu gün “Salaam Cinema Baku”nu məhkəməyə verdik”. Bunu binanın sahibinin səlahiyyətli nümayəndəsi Bəhruz Əhmədov deyib. O bildirib ki, binanı qanunsuz zəbt edən “Salaam Cinema Baku” əməkdaşları çıxmaq istəmədikləri üçün müvafiq sənədləri toplayaraq bu gün məhkəməyə müraciət ediblər.

Qeyd edək ki, artıq bir neçə gündür, Bakının Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən bina ətrafında yaşanan qalmaqal bitmək bilmir. “Salaam Cinema”nın əməkdaşları icarəyə götürdükləri binadan çıxmağı rədd edərək iddia edirlər ki, bina tarixi binadır, onlar çıxacaqları təqdirdə binanın sahibi oranı sökəcək. Bina 1913-cü ildə tikilib.(ona)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!