7 May, 2019
Qaxda avtomobil qaçıran yeniyetmə saxlanılıb

Qaxda həmyerlisinin avtomobilini  qaçıran yeniyetmə saxlanılıb.DİN mətbuat xidmətinin Şəki regional qrupundan ONA-nın şimal-qərb bürosuna verilən məlumata görə,  Qax şəhər sakini  İlham Qasımov DİN-in “ 102”  Zəng Mərkəzi  xidməti ilə əlaqə saxlayaraq  mayın 4-dən 5-nə keçən gecə  ona məxsus  “ VAZ  2106” markalı avtomobilin evinin qarşısından  qaçırılması barədə məlumat verib.   Məlumat aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Qasımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini bir yeniyetmə saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!