6 İyun, 2011
Əsirdən məktub var

Erməni əsirliyindəki hərbçimiz ailəsinə məktub yollayıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyi bu ölkədə əsirlikdə saxlanılan Azərbaycan hərbçisinə baş çəkib.

Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova bildirib. Onun sözlərinə görə, baş çəkmə mayın 26-da baş tutub. Əsirdən ailəsinə “Qızıl Xaç məktubu” çatdırılıb. 

Qeyd edək ki, Azərbaycan ordusunun kiçik çavuşu Roman Hüseynov ötən il avqustun 27-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!