6 İyun, 2011
ZAKİR HƏSƏNOV TÜRKİYƏYƏ GEDİR

Azərbaycan Daxili Qoşunlarının komandanı Türkiyəyə səfər edəcək

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanı, general-leytenant Zakir Həsənov sabah Türkiyəyə səfər edəcək.

Komandan Türkiyədə Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatları Qurumunun təsis toplantısında iştirak edəcək.

İyunun 10-dək keçiriləcək tədbirdə Avropa və Asiyanın bir çox ölkələrinin jandarma və sərhəd qurumlarının, həmçinin müvafiq təşkilatlarının rəhbərləri iştirak edəcəklər.

Təsis toplantısında qurumun yaradılması, fəaliyyət istiqamətləri və s. məsələlər müzakirə olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!