6 May, 2019
ANS TV açıla bilər? - MTRŞ-dan AÇIQLAMA

ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Azərbaycan Respublikasının Baş Prokurorluğundan ANS-ə tam bəraət qazandıran məktub aldığını açıqlayıb. Simsar.az xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev Modern.az-a deyib ki, rəsmi sənədlə tanış olmadan konkret fikir bildirməkdə çətinlik çəkir: “Məlumatım olmadığı üçün nə deyə bilərəm? Hazırda mənim əlimdə Baş Prokuroluğun sənədi yoxdur bilim ki, bu həqiqətdir, yoxsa yox. Mən o sənədi görməmiş heç nə deyə bilmərəm”.

A.Hacıyev “Bu sənədi görəcəyiniz və deyilənlərin həqiqət olduğuna əmin olacağınız təqdirdə ANS-in fəaliyyəti bərpa oluna bilərmi” sualına cavabında “bilmirəm, sənədi görəndən sonra danışarıq”,- cavabını verib.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!