6 May, 2019
Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib

Paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində zəncirvari qəza olub.ONA-nın məlumatına görə, qəza zamanı "Nissan" markalı minik, "Ford" markalı kiçiktutumlu yük avtomobili və “Daewo” markalı sərnişin avtobusu toqquşub. Ərazidə sıxlıq müşahidə olunur.Hadisə zamanı yüngül xəsarət alanların olduğu bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!