6 May, 2019
Bakıda 4 yaşlı qız uşağı itib

Bakıda azyaşlı qız uşağı itib. Hadisə Yasamal rayonu ərazisində baş verib. Yasamal rayonu, Ü.Ələkbərov küçəsi 116 b ünvanında yaşayan, 1992-ci il təvəllüdlü Əliyeva Ülkər Məmmədağa qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan 2015-ci il təvəllüdlü qızı Orucova Əfruz Elçin qızı mayın 5-də axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı polis araşdırmalara başlayıb.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!