6 İyun, 2011
Bakıya 150 ədəd yeni taksi gətirilib

İlin sonuna kimi daha 900 ədəd taksinin gətirilməsi nəzərdə tutulub”.

Azərbaycanın paytaxtına 150 ədəd yeni taksi gətirilib. 

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun Simsar.az-a verdiyi məlumata görə, bu taksilər artıq Azadlıq meydanındadır.

“Birinci mərhələdə Bakıya 150 ədəd taksi gətirilib. İlin sonuna kimi daha 900 ədəd taksinin gətirilməsi nəzərdə tutulub”.

N.Həsənovun sözlərinə görə, İngiltərə istehsalı olan yeni taksilərdə ödənişlər kassa sistemi ilə həyata keçiriləcək. Bundan başqa, sərnişinlərin vaxtlarını səmərəli keçirmələri üçün taksidə onlara bir sıra xidmətlər də təklif olunacaq. Belə ki, yeni taksilərdə sərin içkilər, jurnallar, qəzetlər, ayaqqabı və paltar təmizləyiciləri və başqa xidmətlər sərnişinlərə pulsuz təqdim olunacaq.

Yeni taksilərdə sürücülərin taksi sürərkən hərəkətlərini izləmək və sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlayn kameralar da quraşdırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!