6 May, 2019
Moskvada təyyarə qəzasında ölənlərin sayı 41-ə çatıb

Rusiyanın “Şeremetyevo” hava limanında baş verən təyyarə yanğınında ölənlərin sayı 41-ə çatıb.Bunu İstintaq Komitəsinin nəqliyyat üzrə Moskva Regionlararası İdarəsinin nümayəndəsi Yelena Markovskaya bildirib. Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. “Şeremetyevo” hava limanında qəza enişi etdikdən sonra isə “Sukhoi Superjet 100” alışıb. Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!