4 May, 2019
Bakıda ikimərtəbəli ev yanıb

Bakının Xəzər rayonunda ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli ev yanıb. Simsar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 8 otaqlı evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 60 kv.m sahədə və dam örtüyü 150 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!