3 May, 2019
İstanbulda Türkiyənin ən böyük məscidi açılıb

İstanbulda cümə namazı zamanı yeni Böyük Çamlıca məscidinin açılışı baş tutub. Bu, Türkiyədə ən böyük məscid adını qazanıb. Məscidin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Məscidin hündürlüyü 72 metrə bərabərdir. Burada muzey və kitabxana da fəaliyyət göstərəcək. Qeyd edək ki, eyni anda 63 min nəfərin namaz qıla biləcəyi məscidin tikintisi 6 il əvvəl başlamışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!