3 May, 2019
Ağdaşda ağır qəza: ölən var

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 261-ci kilometrliyində, Ağdaş rayonu ərazisində baş verib.

Gecə saatlarında Bakı sakini Nəsibov Vüqar Məhəmməd oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Samux rayon sakini Zeynalov Heydər Ələddin oğlunun idarə etdiyi "Kamaz" markalı yük maşınına arxadan çırpılıb. Nəticədə V. Nəsibov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. (trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!