3 May, 2019
Ramil Usubov Allahşükür Paşazadənin bacısı oğluna vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib.

Qeyd edək ki, Ə. Əsədullayev İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev oğlu, Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.

Qeyd edək ki, 13-cü polis bölməsinin bundan əvvəlki rəis müavini, polis mayoru Mehman Əsədov bu ilin fevral ayında ölkədən qaçarkən tutulub. O, dələduzluqda ittiham olunur.(ONA)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!