3 May, 2019
Türkçülük Günüdür

3 may 1944 tarixdə "Ankara nümayışi" turançılıq hərəkatının başlanğıcını qoydu. Bu tarix Türkçülük Günü kimi qeyd olunur. Bütün türk dünyası hər il 3 mayda böyük şairimiz və fikir adamımız Hüseyn Nihal Adsızın turançılıq iddiası ilə məhkəməyə çəkilməsini tarixi hadisə kimi qeyd edir. 3 may 1944 tarixli məhkəmə prosesindən sonra yaşanan "Ankara nümayışi" turançılıq hərəkatının başlanğıcı oldu.

Türkçülük Günü böyük atalarımızın bizə miras qoyduğu müqəddəs bir tarixdir.  Azərbaycanda Türkçülük Günü 1992-ci ilin may ayının 3-dən etibarən qeyd olunur. Türkçülük gününə yanaşma müxtəlifdir. Ziddiyyətli məsələlərdən olan türkçülüyə irqçilik kimi yanaşanlar, qloballaşma dövründə bu ideyalara ehtiyac olmadığını bildirirlər. Bəzən insanlar həmin günün 1 maya qarşılıq olaraq yaradıldığını və sadəcə bölücülüyə xidmət etdiyini düşünürlər. Bəzi mənbələrin məlumatına görə həmin gün dünyanın 83 ölkəsində 217 şəhərdən qeyd olunur.  Simsar.az saytı bütün türkləri gözəl gün münasibəti ilə təbrik edir. Tanrı türkü qorusun!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!