3 May, 2019
Qadın doğuşdan sonra öldü - LƏNKƏRANDA

Lənkəranda ana doğuşdan sonra ölüb. Ötən gecə rayonun Osaküçə kənd sakini, 1979-cu il təvəllüdlü Bəfanə Kərim qızı Quliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə qız uşağı  dünyaya gətirib. Əvvəlcədən ona körpəni dünyaya gətirmək məsləhət görülməsə də, qadın həkimlərin tövsiyəsini dinləməyib. Əməliyyatdan sonra qanaxma baş verib. Qadın növbəti dəfə əməliyyat olunandan sonra ölüb. Körpənin vəziyyəti isə normal qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!