2 May, 2019
Tanınmış diktor Natəvan Hacıyeva vəfat edib

Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva dünyasını dəyişib.Bu barədə ONA-ya AzTV-dən məlumat verilib.N. Hacıyevanın qızı Cəmilə Davudovanın ONA-ya verdiyi məlumata görə, anası xərçəng xəstəliyindən əziyyət çəkirdi: "Xəstəliyi barədə ötən ilin noyabrında bildik. Bir ay olardı ki, vəziyyəti pisləşmişdi".N. Hacıyeva ilə vida mərasimi sabah saat 14.00-da yaşadığı mənzildə olacaq. O, Yasamalda köhnə qəbiristanlıqda dəfn olunacaq. Qeyd edək ki, 1942-ci ildə anadan olan Natəvan Hacıyeva 1960-ci ildə efirə çıxıb. O, AzTV-nin ilk rəsmi diktoru olub. Allah rəhmət eləsin!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!