1 May, 2019
Mahir Mehdi: Şairin terror aktı

Yoxa çıxdı məsafələr,

itdi şəhər hissə-hissə.

Məndən düşüb,

qalan işıq

ipucu oldu polisə.

Ağaclar da dindirildi,

şahid oldu

quş yuvası.

Dəydi hamının üzünə güllələnmiş söz havası.

Batırılmış səs tapıldı

qatar yolundan aralı.

Üzə çıxdı

beş-on şeir,

bütün sözləri yaralı.

Göndərdilər analizə

qafamın işlək vaxtını.

Götürdüm öz üzərimə

bu qanlı

terror aktını.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!