1 May, 2019
Ronaldo dünyanın ən bahalı maşınını aldı

"Yuventus" futbol klubunun prortuqaliyalı hücumçusu Kriştiano Ronaldo  dünyanın ən bahalı avtomobili "Bugatti Voiture Noire"nu alıb. Bu barədə "Mundo Deportivo" saytı məlumat yayıb.

Məlumata əsasən, 34 yaşlı futbolçu bu avtomobil üçün 11 milyon avro xərcləyib. Amma "Bugatti Voiture Noire"markalı avtomobili hələ sınaq mərhələsindədir və 2021-ci ildə istifadəyə veriləcək   İlk dəfə 2018-ci ildə sərgidə təqdim edilən və 1500 at qüvvəli mühərrikə sahib olan avtomobil saatda 420 km sürətlə yol qət edə bilir.

Qeyd edək ki, K. Ronaldo dünyanın ən bahalı oyunçularından biridir. O, il ərzində təxminən 113 milyon avro qazanır.(yeniavaz)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!