6 İyun, 2011
Nazirlər iyunun 11-də görüşəcəklər

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair keçirəcəyi üçtərəfli görüşün tarixi dəqiqləşib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, görüş iyunun 11-də Moskvada keçiriləcək. Xatırladaq ki, bu görüş hər üç ölkənin prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!