6 İyun, 2011
Müğənni şəxsi həyatı ilə bağlı sirləri açıqladı

Gənc müğənni Gülay Qədirova ATV-nin «Ulduz oldun» verilişində keçmişinə aid bəzi sirləri açıqlayıb.

Simsar.az-ın məlumata görə, ifaçı hələ 11 yaşı olarkən atasının onları atdığını söyləyib. «Uşaqlıqda bunu dərk etmirdim. Lakin böyüdükcə vəziyyəti dərk etdim və heç zaman ərə getməmək qərarına gəldim. Çünki ata qızının nişan mərasimində iştirak etməlidir», - deyə Gülay bildirib: «Mən atamı sevirəm. Amma düşünürəm ki, onu bağışlaya bilmərəm».

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!