30 Aprel, 2019
Oğurluq edən şəxslər saxlanılıb

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini X.Əhmədova zor tətbiq edilərək qızıl boyunbağısının oğurlandığını bildirib. Onun sözlərinə gğrə hadisə aprelin 28-də saat 14 radələrində A.Kunanbayev küçəsində baş verib. Bu barədə Simsar.az - a DİN Mətbuat Xidmətindən verilən məlumatda bildirilir. Artıq Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. 5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri Nurlan Həsənzadə və qardaşı Ruslan qısa müddətdə müəyyən edilərək saxlanılmışlar. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!