6 İyun, 2011
“Modern.az” daha olmayacaq

Elşad Eyvazlı: Bu barədə başqa söz demək istəmirəm

Tərəfsiz (Parlament) Jurnalistləri Birliyinin (PJB) təşəbbüsü ilə informasiya-xəbər portalı kimi nəzərdə tutulmuş “Modern.az” layihəsi başa çatır. 

Bu barədə Simsar.az-a PJB-nin sədri Elşad Eyvazlı məlumat verib. Onun sözlərinə görə, KİV-də parlament-cəmiyyət münasibətlərinin səmərəli əməkdaşlığının yaradılması və peşəkar media prinsipləri ilə yeni media texnologiyalarının tətbiqinə dəstək kimi nəzərdə tutulmuş “Modern.az” xəbər portalı layihəsi 2011-ci ilin iyunun sonundan fəaliyyətini dayandırmaq niyyətindədir: “Bu barədə hələ ki başqa bir söz demək istəmirəm. Yeganə olaraq onu deyə bilərəm ki, sayt iyun ayının axırında fəaliyyətini dayandıracaq”.


Onun sözlərinə görə, fəaliyyət göstərdiyi 2 il ərzində “Modern.az” internet qəzeti ilk dəfə olaraq Milli Məclisin fəaliyyəti ilə bağlı sistemli şəkildə informasiyalar yayıb. Bununla da oxucular arasında parlamentin fəaliyyətini aydın və şəffaf şəkildə işıqlandıran etibarlı portal olaraq diqqəti cəlb edə bilib.


Sayt fəaliyyət göstərdiyi müddətdə media ilə sıx şəkildə işləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!