30 Aprel, 2019
Bu ərazilərdə işıq olmayacaq

Bu gün saat 11.00-dan 15.00-dək Qaradağ rayonu Müşviqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşviq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. "Azərişıq" ASC-dən Simsar.az- a verilən məlumata görə, fasilələr 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.

"Azərişıq" ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!