6 İyun, 2011
Rəis təqaüdə göndərildi

Elman Əlişirovun yaşı çatdı

Ədliyyə Nazirliyi Pentensianar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi təqaüdə göndərilib. 

Bu barədə Simsar.az-a xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov məlumat verib. M.Sadıqovun sözlərinə görə, 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elman Əlişirov ədliyyə orqanlarında qulluqkeçmə yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.


Müəssisədə rəisin səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.

Qeyd edək ki, Ədliyyə orqanlarında qulluqkeçmənin son yaş həddi 55 yaşdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!