29 Aprel, 2019
Tağıyevin heykəli burada ucaldılacaq - FOTO

Xəbər verdiyimiz kimi, Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılacaq.  Heykəlin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (qazon), İstiqlaliyyət küçəsində ucaldılması nəzərdə tutulur.

Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Görüş zamanı Əməkdar artist Bəhram Bağırzadə Bakıda Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasını təklif edib. Prezident Bəhram Bağırzadənin təklifini bəyənib.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!