6 İyun, 2011
Baş redaktor polisə çağrıldı

Ondan 2 aprel aksiyası ilə bağlı ifadə alınacaq

“Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəyli polisə çağırılıb. Dünən saat 13:00-da M.Hacıbəylinin evinə polis gəlib. 

Cavid adlı sahə müvəkkili bildirib ki, Mustafa Hacıbəylini Binəqədi rayon Polis İdarəsinə aparmalıdır. Həmin vaxt İctimai Palatanın Nəsimi təşkilatının təsis iclasında iştirak edən M.Hacıbəyli evdə olmayıb. O polis idarəsinə bu gün axşam saatlarında vəkili ilə birlikdə gedəcək.

Jurnalistin polisə çağırılmasının səbəbləri hələlik məlum deyil. Güman olunur ki, ondan 2 aprel aksiyası ilə bağlı ifadə alınacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!