6 İyun, 2011
QALİB MİLLİ KİTAB MÜKAFATINDAN İMTİNA ETDİ

Natiq Rəsulzadə: “Mənim yerim üçüncü ola bilməz”

Milli Kitab Mükafatının qaliblərinin adı və onlara təqdim olunan mükafatlar verildikdən sonra, Simsar.az-a açıqlama verən xalq yazıçısı Çingiz Abdullayevin proqnozu doğru çıxdı. Bir neçə dəqiqə bundan öncə məlumat yayılıb ki, müsabiqədə 3-cü yerə layiq görülən Natiq Rəsulzadə ona təqdim olunan mükafatdan imtina edib.
Bu barədə Kulis.az-a N.Rəsulzadənin özü məlumat verib. O, deyib: “Mənim yerim üçüncü ola bilməz. “Bu səbəbdən də mükafatı da qəbul etmirəm, ondan imtina edirəm. Mənim üçün MKM bitdi. Artıq bu müsabiqənin heç bir əhəmiyyəti yoxdur, ona görə də təltifetmədə iştirak etmədim”.
Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!