6 İyun, 2011
"Avqustun 5 günü" filmi Tiflisdə narazılıq yaratdı

Müxalifət: "Filmin çəkilməsində Saakaşvilinin xüsusi marağı olub"

Hollivudda çəkilmiş “Avqustun 5 günü” filmi Gürcüstanla Rusiya arasında 2008-ci ildə Cənubi Osetiyada baş vermiş müharəbəyə həsr olunub. Gürcüstan prezidenti Mixail Saakaşvilinin rolunu amerikalı aktyor Endi Haris ifa edib. 


Filmin Tiflisdəki ilk nümayişinə məşhur Hollivud ulduzu Şaron Stoun da qatılıb. Rejisor Renni Harlen deyib ki, film nə anti-Rusiya, nə də anti-Gürcüstan xarakterlidir. Filmin baş qəhrəmanı hadisələri yerində izləyən amerikalı jurnalistdir.
Filmin nümayişinə gürcü müxalifəti kəskin etiraz edib. ”Avqust günləri Saakaşvili üçün bayram, Gürcüstan üçünsə faciədir”,-şüari ilə parlamentdə göstəri yapanlar polis müdaxiləsi ilə üzləşiblər. Müxalifət iddia edir ki, M.Saakaşvili o vaxtkı hadisələrlə bağlı özünə bəraət qazandırmaq üçün bu filmin çəkilməsinə xüsusi maraq göstərib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!