22 Aprel, 2019
Xırdalanda 72 yaşlı kişinin meyiti tapılıb

Xırdalanda mənzildən meyit tapılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Əsgərov Anatolik Mamed oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.(ona)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!